Kadrlar üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Əmək haqqı razılaşma yolu ilə. ILK Construction Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
  • Həftəlik və aylıq hesabatların hazırlanması;
  • Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
  • İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında ərlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
  • Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
  • İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
  • İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericiliyinə uyğun olaraq arxivləşdirmək;
  • Tikinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzu olunandır.

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • Əmək haqqı – razılaşma yolu ilə
  • Servis və günorta yeməyi şirkət tərəfindən qarşılanır.
  • Telefonda zəng etməyin. Yalnız CV olaraq müraciət edin zəhmət olmasa.

Namizədə tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
  • Kommunikativ bacarığı, məsuliyyətlilik
  • Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
  • Microsoft Office proqramalarını bilməli

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı