Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Bəy namizədlərə üstünlük verilir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Kadrlar üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə 1-3 il
Təhsil: Ali
Yaş həddi: 23-35
Bəy namizədlərə üstünlük verilir.
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- Şrkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.
Tələblər:
- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;
- Microsoft Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları:(işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresədavamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- Təminatlar:
- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi;
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə – “Kadrlar üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...