Qısa məzmun
Superfon Kamera nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Kamera nəzarətçisi – Gəncə
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik kameraları vasitəsilə proseslərin audit edilməsi, işçilərin, ərazinin və obyektlərin izlənməsi;
- Hadisələrə qarşı diqqətli olmaq
- Daxili təhlükəsizlik qaydalarına daim əməl olunmasına nəzarət edilməsi;
- Təhlükəsizlik qaydalarının pozulması hal aşkarlandıqda, xidməti tədbir görulməsi və birbaşa rəhbərinə məlumat verilməsi
- Baş verən hadisələrlə bağlı rəhbərliyə vaxtında məlumat verilməsi;
- İşçilərin və digər şəxslərin giriş-çıxış zamanı ofisə keçirdiyi əşyalara və ofisdən çıxardığı əşyalara nəzarət edilməsi
Tələblər:
- Orta ixtisas və ya ali təhsil arzuolunandır.
- Xanım namizədlər
- Kamera nəzarətçisi vəzifəsində iş təcrübəsi arzuolunandır
- İşində dəqiq və məsuliyyətli olmalı
Gəncə şəhəri, Universamda yerləşən “Superfon” mağazasına müraciət edə bilərsiz.
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını Kamera nəzarətçisi yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.