Qısa məzmun
Ə/h 600 -800 AZN. Global Management Kargüzar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
- Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
- Cəmiyyətin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
- Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
- Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
- Əmrləri və protokolları qeydiyyatını aparmaq və saxlanılmasını təmin etmək;
- Sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
- Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.
Tələblər :
- Təhsil – Orta-ixtisas, Ali.
- Təcrübə – 1- 3 il
- Cinsi – Qadın
- Dil bilikləri – Azərbaycan dili, Rus dili.
- Sərbəst komputer istifadəçisi
- Proqram bilikləri – Ms Word
- Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli.
- Gülərüz, xoş görünüşlü olmalıdır.
- Əmək haqqı : 600 – 800 AZN NET.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...