Kargüzar- koordinator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Climaservice Baku MMC Kargüzar- koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Əmək funksiyaları:

  • Cəmiyyətdaxili və cəmiyyətin kənar qurumları ilə aparılan bütün yazışmaları (kağız və elektron) habelə, bütün növ sənədləşmənin uçotunu aparır. Göndərilən sənədləri redaktə edir və göndərilməsini təmin edir.
  • Cəmiyyət üzrə metodiki vəsaitlərin ( təlimatların) qeydiyyata alaraq, yayaraq (tirajlama) məsul şəxsə təqdim edir.
  • Vətəndaş müraciətlərini (“Climaservice Baku MMC üzrə daxil olan sənədlərin qeydiyyatı kitabı”) qeydə alır və aidiyyəti üzrə istiqamətləndirilməsini, onların  “Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinə baxılması haqqında Qanun” tələblərinə uyğun cavablandırılmasını təmin edir.
  • Daxil olan sorğuların müəyyən edilmiş prosedur əsasında reysterdə işlənməsini və icra vəziyyətini izləyir. Uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verir.
  • Şirkətin ayrı-ayrı struktur bölmələrinin (əməkdaşların) iş və xidmətlərlə dair işin və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaiyyətinə nəzarətini edir.
  • Cəmiyyətə məxsus stasionar və mobil telefona daxil zəngləri qəbul edir, qeydiyyata alır və aidiyyatı üzrə istiqamətləndirir. Rəhbərliyə zəng barəsində məruzə edir və tapşırıq əsasında onu emal edir.
  • Cəmiyyətə məxsus info@climaservice.az elektron poçt ünvanına daxil olan müraciətləri qeydə alaraq rəhbərliyə məruzə edir və tapşırıq əsasında kargüzarlığın təşkili qaydalarına uyğun emal edir.
  • E-məktub ünvanını hər iş günü saat 10:00, 14:30, 17:30 baxış keçirdir, aidiyyatı üzrə yönləndirir və ya cavablandırılmasını təmin edir.
  • Cəmiyyət üzrə müdriyyətə imzaya verilən sənədləri nəzərdən keçirir, Cəmiyyətdaxili CS-P-001 saylı “Sənədlərin idarə edilməsi prosedur”-na uyğunuğunu yoxlayıb onları sistemləşdirir və imzaya təqdim edir. Uyğun olmayan sənədlərə istiqamət verərək düzəliş edilməsini təmin edir.
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi və rəhbərliyə təkliflər vermək;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;

Namizədə olan tələblər :

  • Yalnız xanım namizədlər;
  • Yaş tələbi 22-40;
  • Ali təhsil – arzu olunandır;
  • MS Office ( əsasən excel) – mütləqdir;
  • Azərbaycan dili mütləqdir, rus dili arzu olunandı;
  • Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət bacarığı, sərbəst nitq qabiliyyəti;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və komanda daxilində işləmək bacarığı.
  • İş təcrübəsi kargüzarlıq, sənəd dövriyyəri, layihə koordinatoru sahələrindən biri və ya bir neçsəi üzrə arzu olunandır.
  • İşlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələri haqda təssəvürü olmalıdır.
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməlidir.
  • Kargüzarlığın təşkili prinsipləri haqda təssəvürü olmalıdır;
  • MS Office proqramlarını;
  • İnkişafa meyilli, çeviklik, təşəbbüskarlıq, yaradıcılıq, qərar vermə qabiliyyətinin olması.

İş şəraiti:

  • 6 günlük iş həftəsi, şənbə günü qısa gün.
  • İş yeri 20 yanvar metrosuna yaxın. H.B. Zərdabi 89 pr.

Əmək haqqı: Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə. Əmək haqqı müsahibə əsasında 500-1000 AZN aralığında olmaqla namizəddən aslı olaraq  təyin olunur.

CV-ləri  vakansiya adını göstərməklə bd@climaservice.az  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı