Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi Kargüzar (Qeydiyyat üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzə daxil olan sənədləri qəbul etmək, qeydyyata almaq, aidiyyatı üzrə çatdırılmasını və cavablandırılmasını təmin etmək;
- Mərkəzdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına cari nəzarət və müəyyən olunmuş qaydada arxivləşməni həyata keçirmək;
- Daxil olan sənədlərin, məktubların, vətəndaşların ərizə və şikayətlərini, təkliflərin icrası olunduqdan sonra sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
- Xaric olan sənədlərin aidiyyatı üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək;
- Vətəndaşların qəbulunu təşkil etmək, müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Mərkəzə müraciət edən tələbə və müdavimlərin müvafiq qeydiyyatının aparılması;
- Qeydiyyat jurnallarının tərtib edilməsi;
Bilməlidir:
- Azərbaycan Respublikasının Əmək məcəlləsi
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il əmək stajı;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 000 (Bir min) manat
Maraqlı olanlar CV-ni “Kargüzar (Qeydiyyat üzrə mütəxəssis)” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...