Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Kargüzarlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Kargüzarlıq işinin aparılması və sənəd dövriyyəsinə nəzarət edilməsi;
- Sənəd dövriyyəsinin sistemləşdirilməsi, gələn sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, müvafiq şöbə üzrə çatdırılması və cavablandırılmasının təmin edilməsi;
- Sənədlərin icrasına nəzarət edilməsi və müəyyən qaydada arxivləşdirilməsi;
- Tərtib olunan müqavilələrin yoxlanılması və nömrələnməsi;
- Sənədlərin və məktubların düzgün formada tərtib olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- MS Office proqramı üzrə biliklərə sahib olmalı;
- Ofis texnikasından istifadə bacarığı;
- Məsuliyyət, komandada işləmə bacarığı, diqqət.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 400 AZN;
- İş yeri: Masallı
- Əlaqə nömrəsi: 051-201-21-43, 051-201-21-97.
- Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Kargüzarlıq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...