Kargüzarlıq şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom Kargüzarlıq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik etdiyi sahə üzrə normativ sənədlərin (qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların) hazırlanmasında iştirak etmək; Şöbənin fəaliyyəti ilə bağlı əmrlərin, fərmanların, sərəncamların, şifahi və yazılı tapşırıqların zamanında və keyfiyyətli səviyyədə icrasına nəzər etmək;
  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Cəmiyyətin daxili normativ sənədlərinə uyğun olaraq sənədlərin arxivləşdirilməsi və saxlanılması işini təşkil etmək;
  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Milli Arxiv İdarəsinə təqdim edilməli olan sənədlərin Milli Arxiv İdarəsinə təhvil verilməsini təmin etmək;
  • Elektron sənəd dövriyyəsinin işinə nəzarət etmək, zərurət olduğu halda yarana biləcək çətinliklərin, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Daxil olan və göndərilən sənədlərin, yazışmaların vaxtında emalını, Elektron sənəd dövriyyəsi ilə bağlı Şöbənin üzərinə düşən öhdəliklərin icrasını təmin etmək;
  • Cəmiyyət üzrə əmr və sərəncamların, normativ hüquqi sənədlərin və digər sənədlərin qeydiyyata alınması və saxlanılması, aidiyyəti üzrə icra və ya məlumat üçün struktur bölmələrə və ya vəzifəli şəxslərə göndərilməsi işini təşkil etmək;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla birbaşa rəhbərinə təqdim etmək.

Tələblər:

  • Ali Təhsilli
  • Ümumilikdə minimum 5 il kargüzarlıq sahəsində iş təcrübəsinə, həmçinin minimum 2 il idarəçilik təcrübəsinə malik olmaq;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı yüksək səviyyədə bilmək;
  • Sənəd dövriyəsi sistemləri və onlara dair müasir texnologiyalarla iş təcrübəsinə malik olmaq;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv  işləmək bacarığına malik olmaq;
  • Rəsmi sənədlərin qeydiyyat standartlarını yüksək səviyyədə bilmək.

Bacarıqlar:

  • Microsoft Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq. İngilis və/və ya rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olmaq;
  • İşgüzar yazışmanın əsaslarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq  tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kargüzarlıq şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı