Qısa məzmun
Kapital Bank Kart fəaliyyətinə dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Gündəlik olaraq aparılan əməliyyatlarla bağlı birbaşa rəhbərə təqdim etmək üçün hesabatlar hazırlayır.
- Əmək müqaviləsi,departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
- Plastik kartların çapı və dəstəyi şöbəsinin yeni kart sifarişləri fayllarını paket şəkilində formalaşdırılması və çap sahəsinə ötürülməsini təmin edir.
- Korporativ müştərilərə Plastik kartlarla bağlı səyyar xidmət üzrə işin təşkili, kartların çatdırılması, nəzarəti və təşkilatlara təhvili prosesini həyata keçirir.
- Sifariş olunmuş plastik kart (əmək haqqı və sosial lahiyələr ilə bağlı ) dəyərlərinin müvafiq kart əməliyyat sistemində yaradılması və gəlirə tanınması prosesini icra edir.
- Müştərilər üçün Bankda aparılan layihələr çərçivəsində yeni funksiyaların tətbiq olunması və yoxlanılması məqsədilə test kartları (əmək haqqı və sosial lahiyələr ilə bağlı) yaradır.
- Sosial lahiyələr üzrə kart fəaliyyəti ilə bağlı işin təşkili və kordinasiyasını həyata keçirir.
- Əmək haqqı (təqaüd, müavinat) ilə bağlı kartlara mədaxil üzrə xidmət haqlarında yaranmış fərqləri aradan qaldırır.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Vətəndaş qüsursuzluğuna malik olma.
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
- Dil bilikləri: ingilis dili –yaxşı, rus dili – arzuolunandır.
- Gərgin iş qrafikində işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...