Qısa məzmun
Bank Respublika ASC Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Kart portfelinin təhlilini aparmaq – kart məhsulu, əməliyyat, region, valyuta növləri və sair göstəricilər üzrə bölgüdə məlumatları təhlil etmək;
- Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlilini aparmaq;
- Təhlil edilmiş məlumata əsasən tələb olunan istiqamətdə və formatda təqdimat hazırlamaq;
- Mastercard, Visa, Apple və Google ilə hesabatlılıq, “invoice” və sair analitik məlumat üzrə qarşılıqlı əlaqələr qurmaq, tələb olunan məlumatı təqdim etmək;
- Yeni kart texnologiyaları və məhsulların tətbiqi ilə bağlı layihələrdə iştirak edərək, müvafiq analitik məlumatı təqdim etmək, eyni zamanda bu məlumata əsasən layihənin kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
- Kartlar üzrə stimullaşdırıcı kampaniyaların keçirilməsi üçün statistik məlumatlar təqdim etmək; Keçirilən kampaniyaların nəticəsində müvafiq “cash back” və digər şərtlərin yerinə yetirilməsi üçün müvafiq daxili struktur bölmələr ilə əlaqə qurmaq və icrasına nəzarət etmək;
- Ödəniş Sistemlərinin “invoice”-larını təhlil etmək, buna əsasən müvafiq məlumatları rəhbərliyə təqdim etmək, xərclərin azaldılmasına dair təkliflər vermək və Ödəniş Sistemləri ilə bu istiqamətdə əlaqə qurmaq;
- Ödəniş Sistemləri tərəfindən kartlar üzrə təklif olunan üstünlükləri (benefits) öyrənmək, bu istiqamətdə Ödəniş Sistemləri, Marketinq, filiallar və digər daxili strukturlar ilə əlaqə qurmaq.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Microsoft Excel və PowerPoint üzrə biliklər;
- Azərbaycan dili əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Məlumatları təhlil etmə qabiliyyəti;
- Təqdimat hazırlamaq qabiliyyəti;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və məqsədyönlülük;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...