Qısa məzmun
Baku Design Academy Karyera mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
2018-ci ildə təsis olunan Bakı Dizayn Akademiyası dizayn sahəsinin müxtəlif istiqamətləri üzrə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Akademiyada dizayn sahəsinin UX&UI, Qrafik dizayn, İnteryer Dizayn, Animasiya Dizaynı, 3D dizayn və Graphic Art Direction ixtisasları tədris olunur.
Bakı Dizayn Akademiyası 2021-ci ildən etibarən eyni zamanda ABŞ-ın Adobe və Autodesk şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. Partnyorluq çərçivəsində Akademiya Adobe və Autodesk şirkətlərinin Azərbaycandakı yeganə imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərir.
Tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: 1-3 il;
- Yaş həddi: 25 – 35;
- Dil bilgisi: İngilis dili (orta səviyyədə);
- MS Office proqramları (yüksək səviyyədə);
- Öz müştəri bazasının mövcud olması – arzu olunandır;
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək, şifahi nitq qabiliyyəti olmalı;
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı.
Vəzifələr:
- Tələbələrə təlimlərin keçirilməsi (düzgün CV necə hazırlanmalı və müsahibə zamanı özünü təqdim etmə bacarığı);
- Şirkətlərə tələbələr haqqında təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Tələbələrin işlə təmin olunmasında potensial işəgötürənlərlə LinkedIn, e-mail, telefonla əlaqələrin yaradılması;
- Mütəmadi yeni işəgötürənlərin tapılması istiqamətində media kanalları üzərindən potensial işəgötürən axtarışı;
- Ehtiyac yarandıqda mövcud bazadan müəllim və tyutorların seçilməsi;
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak;
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 10:00 – 18:00;
- Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@samadovlaw.com mail ünvanına mövzu hissəsinə “Karyera mütəxəssisi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...
Saglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...