Qısa məzmun
Avromed Company QSC Kateqoriya meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Verilmiş marja meyarı ilə kateqoriyanın maksimum dövriyyəsinin təmin edilməsi
- Kateqoriya daxilində optimal çeşid matrisinin yaradılması
- Rəqiblərin tələbi və çeşidin öyrənilməsi
- Satış potensialı nəzərə alınmaqla çeşidin satış kanallarının müxtəlif formatlarına uyğunlaşdırılması
- Merçendayzinqin uyğunlaşdırılması
- Yerli/xarici tərəfdaşlar kateqoriyasında satınalmalar
- Bütövlükdə kateqoriya və fərdi təchizatçı üçün satınalma proqnozunun hazırlanması
- Təchizatçılarla kommersiya danışıqlarının aparılması
- Şirkətin / sənayenin daxili prosedurlarına uyğun olaraq malların çatdırılmasının qeydiyyatı
- Kateqoriya daxilində yerli qiymətlərin (topdan/pərakəndə) formalaşdırılması və bazarda qiymətlərin daimi təhlili
- Bütün satış kanallarında (dərman kanalı/supermarketlər/ixtisaslaşdırılmış mağazalar şəbəkəsi) yerli müştərilərlə kommersiya danışıqlarının aparılması
- Satış nümayəndələrindən ibarət komandanın idarə olunması, əsas müştərilərin şəxsi idarə olunması
- Brend məhsullara tələbat yaratmaq üçün ümumi bazarda eksklüziv məhsullar üçün yerli marketinq büdcəsinin hazırlanması və həyata keçirilməsi və satış kanallarına uyğunlaşdırılması
- İşçilər üçün motivasiya planının hazırlanması
- Son istifadəçi üçün tanıtım kampaniyaları
- Sosial şəbəkələrdə işləmək – bloggerlər, məlumat yazıları, elanlar
- Marketinq materiallarının hazırlanması (broşürlər, plakatlar və s.)
- Kateqoriyaya aid edilən və yerli qanunla icazə verilən bütün növ marketinq alətləri
- İşin nəticələri haqqında hesabatın verilməsi, verilənlərlə analitik iş
Tələblər:
- Ali təhsil;
- Yüksək kommunikasiya və Azərbaycan, Rus, İngilis dilində səlis danışıq bacarığı
- Minimum 3 il uyğun sahədə (Beauty/Personal care) iş təcrübəsi
- MS Office proqramından sərbəst istifadə
- Diqqət və məsuliyyət, nəticə üçün çalışmaq
Təklifimiz:
- Müvafiq sahədə peşəkar inkişaf
- Səmimi və professional komandada çalışmaq, birlikdə ən yaxşı nəticələr əldə etmək
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kateqoriya meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...