Qısa məzmun
Araznet Kateqoriya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasına əsasən, kateqoriya çərçivəsində səmərəli məhsul portfelinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- Malların sifarişi ilə bağlı təchizat və logistika şöbəsi ilə əməkdaşlığın edilməsi;
- Öz kateqoriyası daxilində malların optimal qalıq kvotalarının müəyyən edilməsi;
- Məhsul portfelinin optimallaşdırılması çərçivəsində yeni təchizatçıların müəyyən edilməsi, danışıqların aparılması və təkliflərin alınması;
- Malın seçilməsini mağazada olan məhsulun planoqramı üzrə müəyyən edilməsi;
- Hesabatın monitorinqi və ticarətin optimallaşdırılmasının həyata keçirilməsi;
- Satışların dəstəklənməsi üçün yaradıcı kampaniyaların hazırlanması;
- Mağazaların yeni məhsul çeşidləri ilə təmin edilməsi;
- Dövri hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Göstərilən sahədə ən az 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərində ünsiyyət bacarığı;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- Ofis proqramları həmçinin Outlook-dan sərbəst istifadə etmə bacarığı;
- Detallara diqqət və problemləri həlletmə bacarığı;
- Komanda şəklində işləmə bacarığı;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;
Maraqlanan namizədlər email ünvanına “Kateqoriya üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...