Qısa məzmun
Araznet Kateqoriya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasına əsasən, kateqoriya çərçivəsində səmərəli məhsul portfelinin formalaşdırılması və inkişaf etdirilməsi;
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- Malların sifarişi ilə bağlı təchizat və logistika şöbəsi ilə əməkdaşlığın edilməsi;
- Öz kateqoriyası daxilində malların optimal qalıq kvotalarının müəyyən edilməsi, mallar üzrə stockout və overstok nəzarətinin edilməsi;
- Performans hesabatını, qiymətləndirməsini və optimallaşdırılmasını təmin edir.
- Məhsul portfelinin optimallaşdırılması çərçivəsində yeni təchizatçıların müəyyən edilməsi, danışıqların aparılması və təkliflərin alınması;
- Malın seçilməsini müvafiq şöbə üçün mağazada olan məhsulun planoqramı üzrə müəyyən edilməsi;
- Hesabatın monitorinq və ticarətin optimallaşdırılması həyata keçirir;
- Satışların dəstəklənməsi üçün yaradıcı kampaniyalar hazırlayır
- İnventarların düzgün idarə edilməsi.
- Mağazaları yeni məhsul çeşidləri ilə təmin edir.
- Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
- Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
- Kateqoriya üzrə rəqabət vəziyyətinin davamlı nəzarətdə saxlanılması;
- Dövri hesabatların hazırlanması;
Namizədə dair tələblər:
- Ali təhsil.
- Göstərilən sahədə ən az 2 il iş təcrübəsi.
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- Ofis proqramları həmçinin Outlook-dan sərbəst istifadə edə bilmək.
- Azərbaycan, İngilis və Rus dillərində ünsiyyət bacarığı
- Təşkilatçılıq, çoxsaylı tapşırıqların prioritetləşdirilməsi və eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmə bacarığı.
- Detallara diqqət və problem həlletmə bacarığı.
- Komanda şəklində işləmə bacarığı.
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;
Maraqlanan namizədlər cv@abv.az email ünvanına “Kateqoriya üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...