Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Iş yeri: BEGOC Biznes mərkəzindədir.
Vəzifələri
- Təsərrüfatlar üzrə əkinçilik planlarının, kənd təsərrüfatı bitkilərinin texnoloji xəritələrinin hazırlanmasında iştirak edir;
- Təsərrüfatların ehtiyacını nəzərə alaraq daha keyfiyyətli toxum, gübrə və pestisidlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdımaların aparır;
- Kənd təsərrüfatı bitkilərində yayılmış xəstəlik və zərərvericilərin, alaq otları ilə mübarizədə daha effektiv mübarizə üsullarının müəyyənləşdirilməsində iştirak edir;
- Torpaqların münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması istiqamətində aqrotexniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
- Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması barədə dünyada mövcud olan təcrübələrin (texnologiyaların) araşdırır və müvafiq təkliflər hazırlayır;
- Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı vegetasiya müddətində meydana çıxan problemləri müvafiq toxum, texnika, gübrə, pestisid şirkətləri ilə müzakirə edir, nəticələri barədə rəhbərliyə hesabatlar təqdim edir;
- Təsərrüfatda mövcud olan test əkinlərinin nəticələrini izləyir, müvafiq hesabatların hazırlanmasında iştirak edir;
- Gübrə, dərman, toxumların saxlanma rejimi və müddətlərini müəyyən edilməsində iştirak edir;
- Sahədə bitkilərin inkişaf dinamikasına uyğun həyata keçirilən monitorinq işlərinin nəticələrinin analizində iştirak edir;
- Texnoloji xəritəyə uyğun təsərrüfatlarda həyata keçirilən əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi barədə məlumatları toplayır və mövcud vəziyyəti analiz edərək rəhbərliyə hesabat verir.
Tələblər:
- Ali Təhsil ( Aqronomluq, Əkinçilik )
- Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
- Regionlara mütəmadi səyahət etmək imkanının olması
- Yüksək analitik bacarıqları olmalı
- Kompüter bilikləri: Microsoft Office/Excel, Power Point mükəmməl işləmə bacarığı
- Azərbaycan dili -əla, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməlidir
Əlavə məlumat:
- Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Maraqlanan şəxslər öz CV formalarını “KT layihələri üzrə mütəxəssis” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.