Avtomobillər üçün ayağaltıların istehsalı ilə məşqul olan şirkətə Sumqayıt şəhərində yaşayan,
komandamızda işləməyi bacaran bəy kəsim ustası tələb olunur.
Vəzifə öhdəlikləri:
- Avtobollərin modelinə uyğun olaraq ayağaltıların ölçülərini götürmək;
- Yönləndirilmiş sifarişi qəbul etmək, maşının modelinə uyğun qəlib seçmək, ölçmə işləri aparmaq;
- Materialları işarələmək, qeydlər aparmaq və kəsmək;
- Müştərilərin tələblərinə uyğun olaraq hissələri təmir etmək və ya formasını dəyişmək;
- Əl ilə və ya maşın vasitəsilə kəsmə və tikmə işləri aparmaq;
- Avtomobil döşəmələrini tamamlamaq üçün tələb olunan düymələri tikmək, loqolar yapışdırmaq;
Tələblər:
- İş təcrübəsi: Təcrübə tələb olunmur(iş öyrədilir);
- Yaş həddi: 20-45 yaş arası bəylər;
- Təhsil: Fərq etmir;
- Dil bilikləri: Azərbaycan dili
- Şəxsi keyfiyyətlər;
- Komandada işləmə bacarığı;
- Nizam-intizamlı olmaq;
İş barədə məlumat
- Ünvan: Sumqayıt ş-ri
- İş qrafiki: həftədə 6 gün
- Əmək haqqı: 350AZN(Ə/H işin həcminə görə artandır);
- Sumqayıt şəhərində və Sumqayıt şəhərinə yaxın ərazilərdə yaşayan və qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kəsim üzrə usta” qeyd etməklə recruitment@parkplyus.az elektron ünvanına göndərmələri xahiş olunur.