Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Keyfiyyətə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Qida mühəndisliyi üzrə biliklər olmalıdır.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Məhsullarının Keyfiyyət kriteriyalarının müəyyənləşdirilməsi və müvafiq strukturlarla paylaşılması;
- Məhsulların keyfiyyət stabilliyinin qorunmasını təmin etmək, bunun üçün mexanizm, proses və prosedurlar hazırlanmaq;
- Məhsul keyfiyyət auditlərinin həyat keçirilməsini təmin etmək (tədarükçü istehsal prosesi auditi, xammal keyfiyyət auditi, hazır məhsul keyfiyyət auditi);
- Keyfiyyət idarəedilməsi sistemində baş verən və verə biləcək risklərin təhlil edilməsi, müvafiq iş planlarının hazırlanması;
- Məhsullar üzrə keyfiyyətə nəzarət hesabatlılıq sisteminin qurulması, keyfiyyət yayınmalarının vaxtında müəyyənləşdirərək tədbirlər görülməsi;
- Mərkəz Keyfiyyətə Nəzarət Departamenti ilə sıx işləyərək məhsulların beynəlxalq keyfiyyət standartlarına, ölkə qanunvericiliyinə və marka standartları tələblərinə uyğunluğunu təmin etmək;
- Tədarükçü seçimi zamanı müvafiq keyfiyyət auditinin həyata keçirilməsi və rəy bildirilməsi;
- Məhsul Araşdırma və İnkişaf strukturu ilə yaxından işləyərək, yaradılan məhsulları uzun müddətli keyfiyyət tələblərinə cavab verməsini təmin etmək;
Tələblər:
- İstehsal müəssisələrində təcrübəyə malik olmalı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
- Sərbəst işləmək bacarığı olmalı;
- Xarici və ölkədaxili ezamiyyətə gedə bilməli;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük.
Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət Meneceri” yazaraq CV göndərməklə müraciət edilir
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...