Qısa məzmun
ATS Food Keyfiyyətə Nəzarət üzrə Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş məkanı: Sumqayıt
Tələblər:
- Təhsil səviyyəsi Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsil
- İş təcrübəsi: Keyfiyyətə nəzarət sahəsində ən az 5 il, rəhbər olaraq ən az 3 il (Qida İstehsalı sahəsində iş təcrübəsinə üstünlük veriləcək)
- Ezamiyyət: 100% ezamiyyət tələbi
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus dili (orta)
- Kompüter bilikləri: MS Office programları üzrə biliklər
- Digər: Keyfiyyət idarəetmə sistemləri standartlarının ( İSO 9001 , İSO 22000, İSO17025 ) tələblərini bilməlidir.
- Dövlət Standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməlidir
Vəzifədən gözləntilər:
- Şirkətdaxili işlərin təsdiqlənmiş keyfiyyət siyasəti və standartlara uyğun aparılmasını təmin etmək
- Tənzimləyici və qabaqlayıcı tədbirlərin işlənib hazırlayaraq, onların tətbiqinə nəzarət etmək
- Kritik kontrol nöqtələrının, müayinə metodlarının təyin olunmasını, qəbul/rəd dəyərlərinin hazırlanmasını, keyfiyyət idarə etmə sisteminin tələblərinə uyğun prosedur, formaların hazırlanmasını təşkil etmək
- Məhsul və ya proseslər üçün yeni spesifikasiyaların və prosedurların işlənib hazırlanması, təkmilləşdirilməsini təmin etmək
- Təchizatçılardan əldə edilən xammala tələblərin qoyulması və onların uyğunluğuna nəzarəti təşkil etmək
- Audit və digər nəzarət orqanlarının yoxlamalarına hazırlığın təmini və keçirilməsinin təşkili
- Yeni məhsul araşdırmalarında, yeni standartlaşdırmalarda, məhsul incələmələrində iştirak etmək
- Beynəlxalq standartların alınması üçün sənədlərin hazırlanması, təqbiqi və auditi işinin təşkili
- Laboratoriyada analizlərin siyahısının hazırlanması, metodologiyanın seçilməsi və nəticələrə nəzarət sisteminin qurulması
- Laboratoriyanın akkreditasiyadan keçirilməsi prosesinin təşkili
- Hesabatların doğru şəkildə hazırlanaraq zamanında göndərilməsini təmin etmək.
Vəzifə üzrə səriştələr:
- Məsuliyyətlilik və sahiblənmə
- Keyfiyyətlilik və effektivlik
- Müştəri xidməti yönümlülük
- Strateji yanaşma
- Dəyişikliyin idarə edilməsi
- Münaqişənin idarəedilməsi
- Risklərin idarəedilməsi
- Vaxtın idarə edilməsi
Əmək haqqı: Razılaşmaya uyğun olaraq.
Müraciət üçün son tarix 30 Sentyabr 2022-ci il tarixidir
Maraqlananların emaildə “Keyfiyyətə Nəzarət Şöbə Müdiri” yazaraq CV-lərini göndərməyi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...