Qısa məzmun
Debet Safety Keyfiyyət və SƏTƏM üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi və auditlərin aparılması
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və s.
Bilməlidir:
- İSO 9001:2015 , İSO 45001-2018, İSO 19011 və s. standartının əsaslarını
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir
- Azərbaycan Respublikasının qanunların
- Müvafiq sahə üzrə beynəlxalq standartları
- Əməyin təşkilinin əsaslarını
- Daxili əmək intizamı qaydalarını
İş şəraiti:
- Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur
- 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə
- Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
CV-ləri subject bölməsində Keyfiyyət və SƏTƏM üzrə aparıcı mütəxəssis qeyd edərək göndərmək lazımdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...