Qısa məzmun
AzerGold CJSC Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Təmir – tikinti və energetika şöbəsi, Keyfiyyətə nəzarət sektorunun müdiri
Əsas vəzifə və öhdəliklər:
- Təmir-tikinti və energetika işlərinin layihəyə və digər normativ sənədlərə uyğunluğunun yoxlanılması və birbaşa nəzarətinin aparılması;
- Layihələrin normalara uyğun olaraq hazırlanmasına nəzarət etmək;
- Podratçı şirkətlər tərəfindən təqdim edilmiş tikinti aktlarının, jurnalların, hesabatların və digər zəruri sənədlərin, müqaviləyə və normalara uyğunluğunun yoxlanılması;
- Təmir-tikinti və energetika işlərinin bütün mərhələlərində keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Təmir-tikinti və energetika işləri üzrə icra edilən işlərin AzDTN-ə uyğun olaraq aktlaşdırılmasına nəzarətin aparılması və yoxlanılması;
- Tikinti-quraşdırma işlərində istifadə olunan materialların keyfiyyətinin yoxlanılması və layihə tələblərinə uyğunluğuna nəzarətin aparılması;
- İcra olunan tikinti-quraşdırma işlərinin standartlara və layihəyə uyğun icra olunmasına nəzarət edilməsi;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması;
- Uyğunsuzluq hesabatı və önləyici fəaliyyət hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək. Aşkar olunmuş uyğunsuzluq və önləyici hesabatların sistemli olaraq qeydiyyatına və müvafiq düzəliş tədbirlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri zamanı testlərin, nəzarətin və yoxlamaların aparılmasını təmin etmək və sənədləşdirmək;
- Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
- EPC/PMC üzrə şirkətlər tərəfindən icra olunan işlərə nəzarət olunması;
- Podratçı şirkətlər tərəfindən hesabatlılığın təmin edilməsinə nəzarətin aparılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), AutoCad və Primavera P6 proqramlarında sərbəst işləyə bilmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil.
- Keyfiyyətə nəzarət sahəsində (inşaat sektorunda) ən azı 3 il iş təcrübəsi olmalıdır.
- Layihələrin idarəolunması (EPC/PMC) üzrə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...