Qısa məzmun
MKT İstehsalat Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.
- 2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə ışçı sayısı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.
“MKT İK” MMC açıq fikirli və enerjili Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri axtarışındadır.
Vəzifə öhdəlikləri:
- MKT-İK MMC tərəfindən idarə olunan pambıqçılıq əməliyyatları üçün əsas keyfiyyət zəmanəti agenti kimi fəaliyyət göstərmək;
- Effektiv əməliyyat keyfiyyətinin təminat prosedurlarını və keyfiyyət standartlarını təyin edib, onların effektivliyini, sənaye qaydalarına və bazar tələblərinə uyğunluğuna əmin olmaq;
- Pambıq çirklənməsinin qarşısının alınması və risklərin idarə edilməsi proqramını hazırlayıb həyata keçirmək;
- İstehsalat və emal sahələrinin əməliyyat prosedurlarına əsaslanan keyfiyyətə nəzarət üzrə təlim proqramlarının hazırlayıb təşkil etmək;
- Xammal və hazır məhsul komponent və spesifikasiyalarının keyfiyyətinə daimi nəzarətin təşkil olunması üçün keyfiyyətə nəzarət planı hazırlayıb tətbiq etmək;
- İstehsalat və emal sahələrinin prosedur effektivliyini qiymətləndirmək üçün əməliyyat prosedur qiymətləndirmə proqramını hazırlayıb təşkil etmək;
- Mütəmadi olaraq idərəetmə komandası və birbaşa rəhbərə xülasə və texniki hesabatları təqdim etmək;
- İstehsalat və emal prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələrinin təhlil etmək, araşdırmaq və profilaktik tədbirləri təşkil etmək;
- Yeni istehsal və emal əmaliyyatları, eləcə də innovativ təşəbbüslərin keyfiyyət strategiyalarını hazırlayıb tətbiq etmək;
- İstehsal və emal proseslərini yaxından müşahidə edərək, mövcud keyfiyyətə nəzarət təcrüblərini daima qiymətlədirərək, müvafiq şəkildə düzəliş və yeniliklərin təklif etmək.
Tələblər:
- İstehsalat, tekstil və ya kənd təsərrüfatı mühitində keyfiyyətə nəzarət üzrə ən azı 5 illik idarəetmə təcrübəsi;
- Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
- Texniki ingilis dili biliyi, rus dili arzuolunandır;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik düşüncə bacarığı;
- Regionlara səfər etmək imkanının olması.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...