Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azprotein Foods Group Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil (Qida mühəndisliyi üzrə arzu olunandır);
- Təcrübə 2-5 il
- ISO 9001, ISO 22000 sertifikatlarındakı tələblər üzrə lazımı vəzifələri yerinə yetirmək;
- MS Office proqramları biliyi;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Güclü kommunikasiya və ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi
- Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
- İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
- Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
- İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.
Əmək haqqı: 800-100 Azn (Təcrübədən asılı olaraq)
İş qrafiki: Həftədə 6 gün
Nahar şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...