Keyfiyyətə Nəzarət mütəxəsisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azprotein Foods Group Keyfiyyətə Nəzarət mütəxəsisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dili arzuolunandır.

Tələblər:

  • Ali təhsil və müvafiq vakansiya üzrə qida sektorunda 2 ildən 5 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan səlis bilməli, ingilis və rus dili arzuolunandır;
  • Micorsoft Office,Excel proqramları üzrə biliklərə sahib olmalı;
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir;
  • Yaş həddi 25-35 yaş arası;

Vəzifə:

  • İSO 22000 üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi);
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun inspeksiya nəzarətində mütəmadi iştirak olunması;
  • İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
  • İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması və onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması. Normativ texniki sənədlərin tərtibi və təsdiqi;
  • AQTA-ya təqdim olunan nümunələrin idarə olunması; Keyfiyyət İdarəetmə Sisteminin bütün sənədlərinin hazırlamasının təşkili;
  • Sistemin tələblərinə istinadən Sistem prosedurlarının hazırlanması və Keyfiyyətə Nəzarət Prosedurlarının tətbiqinin təşkil edilməsi;
  • İstifadə edilən xammalın keyfiyyətinin yoxlanması;
  • İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət;
  • Məhsulların keyfiyyəti barədə hesabatların rəhbrəliyə təqdim olunmması;
  • İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərini etmək;
  • Müəssisənin yerinə yetirilən işlərinin keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
  • Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
  • Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Müəssisədə istehsal edilən yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğu barədə rəy verir. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
  •  Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;

İş şəraiti:

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • Əmək haqqı İşçinin təcrübəsinə görə təyin edilir, müsabiqə zamanı çağırılan namizədlərə bildiriləcəkdir.

Bu sahə üçün ANKET FORMASI-nı doldurub office@azprotein.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı