Qısa məzmun
Kristal Abşeron MTK Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək);
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili, türk dili arzuolunandır;
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Tikinti işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il iş təcrübəsi olmalı (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- Yaxşı səviyyədə Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramları;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşmaq;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
Vəzifə öhdəlikləri:
- Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
- İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və təsdiqlənməsi;
- Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
- Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
- Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
- Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
- Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
- Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin izlənilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC Növbə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...