Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək
- Anbara qəbul edilən qida məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələr üzrə nəzarət etmək
- Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq
- Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq
- Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək
- FİFO prinsipinə əməl edilməsini təmin etmək
- Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq
- Qablaşdırma material, ləvazimat və aparatlarının təmizliyinə nəzarət edilməsi
- Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək
- Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq
- Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək
- Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək
- Daxili və xarici auditin aparılması prosesində iştirak etmək,audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq
- Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifə tələbləri:
- Ali təhsil
- Məhsul standartları ilə işləmə bacarığı
- Səlis rus dili biliyi
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...