Qısa məzmun
Azmədənistehsal MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması üzrə işləri yerinə yetirməli;
- Keyfiyyətin idarəetmə sistemi tələblərinin hazırlanmasında istirak etməli və onların yerinə yetirilməsinə nəzarət etməli;
- İstehsal olunan məhsulların keyfiyyət göstəriciləri haqqında lazımi məlumatları araşdırmaq və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almalı;
- Zay məhsul istesalının səbəblərini müəyyənləşdirməli və bunun qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etməli.
- Zavoda daxil olan materialları, yarımfabrikatların, dəstləşdirici hissələrin standartlara, texniki tələblərə, konstriktiv şərtlərə uyğun olub olmaması barədə rəy hazırlamalı.
- Keyfiyyətin idarə edilməsi sistemlərinin ölkə daxili va xaricindəki qabaqcıl təcrübəsini öyrənmək və tətbiq olunması barədə təkliflər vermək və müəssisə standartının işlənib hazırlanmasında iştirak etməli.
- İstehsal zamanı məhsulun keyfiyyətinə nəzarət edilməsi və hazır məhsul sınağının aparılması üzrə təlimat və metotların işlənib hazırlanmasında iştirak etmək.
- İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil/ metallurgiya sahəsi üzrə;
- Yaş 25-45;
- Qeyri qida sektoru, xüsusilə Metallurgiya və metaləritmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- İSO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
- Dil bilikləri: Azərbaycan əla, ingilis və rus dili arzuolunandır.
İş şərtləri:
- 6 günlük iş qrafiki:
- İş vaxtı: 08:00-dan 16:00-a dək
- Əmək haqqı: 900-1000 AZN.
- Əmək Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirmə.
- İş yeri Xırdalan ərazisi.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@azmedenistehsal.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...