Qısa məzmun
Kontakt Home Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət linki: https://qlor.me/m2vccr255d
Təsvir
- Müştəri xidmətlərinin idarə edilməsi departamentinin əməkdaşlarının müştəriyə yönəlmiş xidmətlərinin şirkətin qaydalarına uyğun həyata keçirilməsinin qiymətləndirilməsi;
- Müştəri xidmətlərinin idarə edilməsi departamentinin və Hissəvi ödəniş departamentinin əməkdaşlarının social media və müxtəlif platformalar üzərindən aparılan yazışmalarının keyfiyyətinə nəzarət edilməsi;
- Digər şöbələrdən yazışma/zənglə bağlı araşdırılmalı məsələlərin araşdırılması və bu haqda aidiyyatlı şəxslərin məlumatlandırılması ;
- Sınaq müddətində olan yeni operatorların yazışmalarının yoxlanılması və bu haqda rəhbərliyə məlumatın bildirilməsi;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa rəhbər tərəfindən verilən şifahi, yazılı tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştəri xidmətləri sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
- Microsoft Office proqramları və 1C ilə işləmə bacarığı arzu olunandır;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...