Qısa məzmun
Ə/h 1000-1500 AZN. SMTS MMC Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə)
Vəzifə öhdəlikləri:
- İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
- Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
- Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
- Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
- Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
- İnformasiya toplamaq və daxili audit üçün iş yerlərini ziyarət etmək;
- Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
- Daxili auditlərdə iştirak etmək;
- Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
- Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
- Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
- Müştəri məmnuniyyətlərini öyrənmək;
- Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
- KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
- SWOT analizin hazırlanması.
Namizədə olan tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Keyfiyyətə nəzarət mühəndisi (audit işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- MS Office, AutoCad əla səviyyədə bilməli
- Yüksək səviyyədə texniki biliklərinin olması
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...