Qısa məzmun
Alyans Tekstil Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Geyim sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
- Geyim prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
- Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
- Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
- Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
- Fərdi fəaliyyət planı tərtib etmək;
- Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
- Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
- Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
- Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
- Bazarı bilmək, ideya vermək, satış üçün nümunələr yaratmaq
- Təqdimatlar hazırlamaq və kolleksiyaların nümayişini təşkil etmək
- İdeyadan icraya qədər geyim nümunələrini, istehsala tətbiq və izah etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Tikiş proseslərini bilmək
- Tikiş materiallarının, ləvazimat və furniturların tərkibləri və xüsusiyyətlərini, növlərini tanımaq
- Geyim kataloqları ilə işləmək, modaları təhlil etmək
- Dizaynla bağlı zəruri kompüter proqramlarını bilmək
- Yaradıcı və həll yönümlü yanaşmalar göstərmək.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
- İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə menecer” yazmaqla sevda.nazarova@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...