Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000-2500 AZN. SMTS MMC Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (tikinti işləri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (audit işləri üzrə)

Vəzifə öhdəlikləri:

  • İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
  • Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
  • Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
  • Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
  • Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
  • İnformasiya toplamaq və daxili audit üçün iş yerlərini ziyarət etmək;
  • Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
  • Daxili auditlərdə iştirak etmək;
  • Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
  • Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
  • Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
  • Müştəri məmnuniyyətlərini öyrənmək;
  • Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
  • KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
  • SWOT analizin hazırlanması.

Namizədə olan tələblər:

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq; İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
  • İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və müştəri tərəfindən təsdiqlənməsi;
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı və bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
  • Müəyyən edilmiş tələblərə, standartlara və / və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
  • Hesabatların və sənədlərin yoxlanılması və tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və / və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri  hallarda işi dayandırmaq;
  • Layihənin son dövrlərini və müştərinin razılığına təqdim olunmasını tərtib edin.
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Keyfiyyət nəzarət məqsədilə verilmiş müxtəlif tapşırıqların icrası;
  • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
  • KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və fərmanların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
  • Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
  • Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır..

Digər tələb və şərtlər:

  • Ali təhsil (İnşaat);
  • Keyfiyyətə Nəzarət Mühəndisi (tikinti işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı (İngilis və rus dillərini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
  • Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
  • Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
  • Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-35
  • Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
  • Nahar şirkət tərəfindən verilir

    Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “KND mühəndisi (tikinti işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı