Qısa məzmun
Ə/h 400-500 AZN. Konfirom MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis üzrə vakansiya elan edir. Laboratoriya avadanlıqları ilə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- İş yeri: “Konfirom” MMC un məmulatları istehsalı fabriki, Badamdar qəsəbəsi
- Vəzifə: Keyfiyyətə Nəzarət Mütəxəssisi (un məmulatları)
- Qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə effektiv nəzarətin təşkil olunmasında və bununla bağlı Cəmiyyətin siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
- Qida təhlükəsizliyi sahəsində risklərin təhlilini, qiymətləndirilməsini, idarə edilməsini və risklər haqqında məlumatlandırmanın həyata keçirilməsinə nəzarət etmək
- Fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək v
- Rəhbərliyə hesabatlılığının təmin olunmasında iştirak etmək
- Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək
- Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq sahənin inkişafı və Cəmiyyətdə nəzarət sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək
- Qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, proqramların, inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək
- Məhsullara reklam xarakterli etiketlərin yerləşdirilməsi qaydalarının işlənib hazırlanmasında birbaşa iştirak etmək və ya təkliflər vermək
- Xidməti məlumatların, kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək
- Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir
- İş qrafiki: Növbəli
- İstirahət günü: bazar
- Nahar və geyimlə təmin olunma
Namizədə tələblər:
- Ali təhsilli (texnoloji, kimyəvi, qida sahələrində)
- CV-lərinizi e.askerov.konfirom@mail.ru elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...