Keyfiyyətə nəzərət mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Keyfiyyətə nəzərət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna daxil olan FBCO şirkətinə hal hazırda Keyfiyyətə nəzərət mütəxəssisi tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu istehsal olunan bütün növ məhsulların keyfiyyət standartlarına cavab verməsinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

  • İstehsalatda HACCP tatbid edir.
  • Xammalın qəbulu zamanı xammal qəbulu proseduruna uyğun xammal və qablaşdırma məhsullarının qəbulunu təmin etmək.
  • Personal və istehsal sahəsində günlük sanitar audit keçirib nəticələri barədə İstehsalat rəhbərinə hesabat vermək.
  • İstehsal olunan məhsulların keyfiyyət və prosses göstəricilərini daim nəzarətdə saxlamaq.
  • Hər bir məhsulun təyin olunmuş keyfiyyət göstəricilərindən kənarlaşması halında prossesdən kənarlaşdırıb rəhbərliyə məlumat vermək.
  • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək;
  • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək;
  • İstehsal mərhələlərini əhatə edən hesabatlılıq formasını yaratmaq və daimi işlək vəziyyətə saxlanılmasını təmin etmək;
  • İstehsalat prossesində müəyyən olunmuş Kritik Nəzarət Nöqtələrinin təyini və təyin olunmuş nöqtələrə limitlərin təyini və izlənilməsini həyata keçirmək.
  • İstehsal olunan məhsul və ya qəbul edilən xammalların mütəmadi kənar laboratoriyalarda fiziki-kimyəvi və mikrobioloji analizlərin aparılmasını təmin etmək.
  • İstehsalat sahəsi və istehsal olunan məhsulların Dövlət qida təhlükəsizliyi haqda qanunun  tələblərinə uyğun bütün növ sənədlərin hazırlanması.
  • İstehsalata personalına mütəmadi olaraq qida təhlükəsizliyi və sanitar- gigyena qaydalarına dair təlimlərin verilməsini həyata keçirmək.

Təhsil:

  • Ali təhsil ( Kimya,Qida mühəndisliyi,Mexanika,Avtomatika və.s );
  • Qidaya dair HACCP və ya İSO 22000 sertifikatının olunması arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı

Təcrübə:

  •  İstehsal,laboratoriya keyfiyyətə nəzarət sahəsində 3 il iş təcrübəsi;

Professional bacarıqlar və kompetensiyalar: 

  • Ünsiyyət bacarıqları.
  • Kollektivdə işləmə bacarığı.
  • Stressə davamlılıq.
  • Məsuliyyət.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzərət mütəxəssisi” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı