Qısa məzmun
Zəhmət – Ruzi MMC Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarəti həyata keçirmək;
- İstehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunun yoxlanması
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək; Anbarların sanitar gigiyenik normalara uyğunluğunu yoxlamaq, temperatur, nisbi rütubət kontrolunu aparmaq;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması
- Sənədlərin hazırlanması üçün prosedurların (və ya təlimatların) işlənib hazırlanması
- Prosedur, təlimat, formalar, proseslər (blok-sxem) və s. üçün şablonların hazırlanması və rəsmiləşdirilməsi
- Sənədlərin “Sənədlərin və/və ya qeydlərin idarə edilməsi” prosedurunun (və ya standartının) tələblərinə uyğun hazırlanmasına və tətbiqinə nəzarətin edilməsi
- Tətbiq edilən sənədlərdə səhv və nöqsanların aradan qaldırılması üçün həmin sənədlərdə dəyişikliklərin həyata keçirilməsi və onların qeydiyyatının aparılması, hazırlanmış sənədlərin müvafiq olaraq cavabdehlərə (bölmələrə, şəxslərə) paylanılması və bu barədə qeydiyyatın aparılması
- Qida Təhlükəsizliyi üzrə hədəflərin (məqsədlərin) ölçülməsi tətbiq edilən sənədlərdə səhv və nöqsanların aradan qaldırılması üçün həmin sənədlərə dəyişikliklərin edilməsi və onların qeydiyyatının aparılması düzəldici və önləyici tədbirlərin həyata keçirilməsi və onların nəticələrinin yoxlanılması ilə bağlı işlərin aparılması
- Qida Təhlükəsizliyi idarəetmə sisteminin daimi yaxşılaşdırılması və təkmilləşdirilməsi üzrə görüləcək işlərin istiqamətinin müəyyən edilməsi və onların müəssisə rəhbərliyinə çatdırılması
- ISO 22000-2005 standartının işləkliyinin təmin olunması
- Sertifikatlaşdırma orqanlarının qiymətləndirilməsi, seçilməsi, onlarla əlaqələrin yaradılması.
Namizədə tələblər:
- Keyfiyyətə nəzarət (qida) sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
- Xanım namizədlərə üstünlük verilir;
- Yaş həddi: 30-40 yaş;
- Komanda daxilində işləmək bacarığı;
- İstehsal olunmuş məhsulların keyfiyyətinə nəzarət olunmasını bilməli
- Müəssisənin məhsulunun istehsal texnologiyasını bilməli
- Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması metodlarını
- İstehsal zamanı prossesin parametrləri üzrə qeydiyyatlarını aparmalı
- Keyfiyyət Menecment Sistemi üzrə sertifikatlarının olması vacibdir
- Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
- Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq
İş şəraiti:
- Ofis Xırdalan şəhərində yerləşir
- İş vaxtı: Həftənin Ⅰ-Ⅲ-Ⅴ günləri (həftədə 3 gün)
- İş saatı: 08:00-16:00
- Əmək haqqı- 700 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə menecer” qeyd etməklə göndərə bilərlər.
Telefon: (012) 349-57-67
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...