Qısa məzmun
Bakelektro Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müəsissədə, layihələrdə Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin edilməsi.
- Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) işləməsi üçün lazımi sənədlərin işlənib hazırlanmasının təşkili, əlaqələndirilməsi, sənədlərin işlək vəziyyətində saxlanılması.
- Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların, proseslərin və xidmətlərin qarşısını almaq üçün işlərin idarə edilməsi.
- Layihələr üzrə sahə yoxlamalarının aparılması
- SƏTƏM koordinasiya işlərinin həyata keçirilməsi
- Struktur bölmələrinin iş fəaliyyətinin Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri (İSO 45001) ilə əlaqələndirilməsi
- Yaranmış və mümkün ola bilən problemlərin aradan qaldırılması və qarşısının alınması məqsədi ilə tədqiqatların aparılması, analizlərin aparılması
- Ölçmə vasitələrinin kalibrasiya tarixlərinin izlənilməsi və bu istiqamətdə işlərin koordinasiyası
- İSO 9001 və İSO 45001 üzrə Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasının təşkili
- Şirkətin struktur bölmələri üzrə KPİ –ların hazırlanmasının və il ərzində yoxlanılmasının təmin edilməsi.
- Şirkətin struktur bölmələrinin idarəetmə sistemləri üzrə daxili auditlərinin aparılması.
- Sistemin sertifikatlaşdırma auditinə hazırlanması, audit nəticələrinin aradan qaldırılmasının təmin edilməsi
- Şirkətdaxili və xarici təlimlərin keçirilməsi üzrə işlərin koordinasiya edilməsi
Namizədə Tələblər:
- Ali təhsil (Texniki və idarəetmə sahəsi üzrə)
- Sistemin tətbiqi və daxili audit üzrə təcrübə(ən azı 3 il )
- ISO 9001, ISO 45001 və müvafiq olaraq daxili audit sertifikatları
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
- Azərbaycan və İngilis dili bilikləri
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar CV-lərini göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...