Qısa məzmun
Can-Pa MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması;
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Keyfiyyət standartlarına riaət edilməsinə nəzarət;
- Məhsul keyfiyyətinin artırılması ilə bağlı təkliflərin hazırlanması;
- Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Qida üzrə üstünlükdür);
- Qida sektorunda minimum 1 il təcrübə;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Liderlik və idarəetmə bacarıqlarına sahib olmaq;
- Yaş həddi: 25-36.
İş şəraiti:
- İş vaxtı: 08:00 – 18:00
- Əmək haqqı: 600 – 1000 AZN (namizədin bilik və bacarığına əsasən təyin olunacaq)
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Hökməli qəs, Şamaxı şos.14-cü km.
Qeyd: Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...