Qısa məzmun
Hacıqabul Quşçuluq şirkəti Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə tələblər :
- Ali təhsil (Qida mühəndisliyi, İstehlak mallarının keyfiyyət ekspertizası sahələri arzuolunandır)
- MS Office proqramları
- Logo ERP proqramı (arzuolunandır)
- Qida təhlükəsizliyi sahəsini tənzimləyən qanunvericilik aktları, qaydalar və təlimatlar barədə məlumatlı olmaq
Vəzifə öhdəlikləri.
- Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
- İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə olan və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
- İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
- Hazır məhsulların və istehsal məhsullarının fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
İş şəraiti :
- İş yeri – Hacıqabul rayonu
- İş rejimi – 6 günlük
- Əmək haqqı – Tərəflərin qarşılıqlı razılığı əsasında.
- Bakı, Hacıqabul,Şirvan və Sabirabad rayonunun müəyyən kəndlərinə nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir.
- Cv –lərinizi hr@yumurtan1.az mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə +994 51 233 29 07 əlaqə saxlaya bilərsiniz.
- Müraciət üçün son tarix- 30.08.2024
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...