Qısa məzmun
Ə/h 400-500 AZN. Konfirom MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis üzrə vakansiya elan edir. Laboratoriya avadanlıqları ilə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- İş yeri: “Konfirom” MMC un məmulatları istehsalı fabriki, Badamdar qəsəbəsi
- Vəzifə: Keyfiyyətə Nəzarət Mütəxəssisi (un məmulatları)
- İş qrafiki: Növbəli
- İstirahət günü: bazar
- Nahar və geyimlə təmin olunma
- Ali təhsilli (texnoloji, kimyəvi, qida sahələrində).
CV-lərinizi e.askerov.konfirom@mail.ru elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Namizədə tələblər:
- Qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə effektiv nəzarətin təşkil olunmasında və bununla bağlı Cəmiyyətin siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
- Qida təhlükəsizliyi sahəsində risklərin təhlilini, qiymətləndirilməsini, idarə edilməsini və risklər haqqında məlumatlandırmanın həyata keçirilməsinə nəzarət etmək
- Fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və Rəhbərliyə hesabatlılığının təmin olunmasında iştirak etmək
- Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək
- Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq sahənin inkişafı və Cəmiyyətdə nəzarət sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək
- Qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, proqramların, inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək
- Məhsullara reklam xarakterli etiketlərin yerləşdirilməsi qaydalarının işlənib hazırlanmasında birbaşa iştirak etmək və ya təkliflər vermək
- Xidməti məlumatların, kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək
- Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...