Qısa məzmun
Azerbaijan SuperMarket Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: Qida təhlükəsizliyi
Yerləşmə: Baş Ofis.
Vəzifə öhdəlikləri:
- Keyfiyyət qeydlərinin izlənməsi, təhlili və hesabatlığının aparılması;
- Sənədlərin idarə edilməsi: yaradılması, nəşri, implementasiyası və yenilənməsi;
- Şirkətin keyfiyyət təminatı məqsədlərini həyata keçirmək və təmin etmək;
- Keyfiyyətə zəmanət prosedurlarının, qida təhlükəsizliyi siyasətinin və personalın gigiyenası təlimatlarının icrasına köməklik etmək;
- Müştəri şikayətlərinin, geri qaytarılan məhsulların yoxlanılmasına cavabdehlik daşımaq;
- Qida təhlükəsizliyi və/və ya keyfiyyət məsələləri ilə bağlı hər hansı tapıntıları yoxlamaq və müvafiq şöbələrə məlumat vermək;
- Özəl marka məhsulların dövri keyfiyyətə nəzarət sınaqlarının izlənilməsi;
- Kənar auditlərin hazırlanmasında köməklik göstərmək;
- Mağazaların və anbarların qida təhlükəsizliyinin daxili auditini aparmaq, düzəldici tədbirlərin başa düşülməsini təmin etmək və düzəldici fəaliyyətlərə nəzarət etmək;
- Görülən düzəlişlər və düzəldici tədbirlər haqqında məlumat vermək;
- Qida məhsulları ilə bağlı müştəri şikayətlərini müvafiq prosedura uyğun idarə etmək;
- Yeni qəbul olunmuş əməkdaşlara müvafiq təlimlərin keçirilməsi;
- “Rədd etmə/uyğunsuzluq” qeydlərinin toplanması və auditlərin aparılması yolu ilə təchizatçıların/satıcıların qida təhlükəsizliyi performansını qiymətləndirməyə kömək etmək;
- Məhsulun geri alınması prosesini başlatmaq və ona nəzarət etmək; prosesin effektivliyini qiymətləndirmək;
- Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək.
Namizədə dair tələblər:
- Qida texnologiyası, qida mikrobiologiyası, biologiya, kimya ixtisası üzrə ali təhsil;
- Qida istehsalı, laboratoriya, keyfiyyətə nəzarət üzrə 1 il təcrübə;
- İngilis və Azərbaycan dillərini yüksək səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür;
- MS Office (xüsusilə Excel) və Outlook bilikləri.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...