Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Keyfiyyətin idarəolunması üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq və yerli keyfiyyət standartlarının tətbiqini təmin etmək.
- İstehsal proseslərini yaxından müşahidə edərək, mövcud keyfiyyətə nəzarət təcrüblərini daima qiymətlədirərək, müvafiq şəkildə düzəliş və yenilikləri təklif etmək.
- Müəsissədə, layihələrdə, keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə nəzarət etmək
- Keyfiyyət idarəetmə sisteminin işini planlaşdırmaq və keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq.
- İstehsalat prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirlər təşkil etmək.
- Keyfiyyət menecmenti sisteminin sənədlərinin işlək vəziyyətində saxlamasına nəzarət etmək.
- Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq.
- Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə və idərəetmə komandası ilə birlikdə qərar qəbul etmək.
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurların təmin edilməsinə nəzarət etmək.
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasına nəzarət etmək, rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işini təşkil etmək.
- Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların proseslərin qarşısını almaq üçün işləri idarə etmək.
- Risklərin aradan qaldırılması üçün təklifləri hazırlamaq
- Fərdi fəaliyyət planını tərtib etmək.
- Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək.
- Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək.
- İstehsalat ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq.
- Şirkətin daxili prosedurlarına uyğun olaraq aylıq istehsal hesabatlarını hazırlamaq.
- Məhsulun istehsalatının başlanması üçün nümunə götürülməsi, yoxlama həyata keçirilməsi və laboratoriya nəticələri barədə hesabat vermək.
- Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsulun qiymətləndirməsi barədə hesabat vermək.
- Qrup fəaliyyətlərini mövcud daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
- Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək;
- Digər departament və qruplarla koordinasiya saxlamaq, həmçinin üst rəhbərlər və qrup işçiləri arasında münasibətləri uzlaşdırmaq.
- Təşkilatın personalı üçün keyfiyyətin idarə edilməsi üzrə təlimlərini təşkili etmək
- Şirkətin təşkilatı strukturuna əsasən tabeçiliyində olan işçi heyətini səmərəli idarə etmək və kadrların inkişafı üçün təkliflər irəli sürmək.
- Birbaşa rəhbərinə işi barədə hesabat vermək.
Namizədə tələblər:
- Ali təhsil və ya magistr dərəcəsi
- Keyfiyyətə Nəzarət sahəsində, rəhbər (idarəetmə) vəzifəsində ən azı 5 ildən az olmayan iş təcrübəsi. İstehsalat üzrə 2 ildən az olmayan təcrübəsi.
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.
- Həftə ərzində 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...