Qısa məzmun
AGRO-VEST RETAIL MMC “Keyfiyyətə nəzarət üzrə menecer” vakansiyası elan edir.
“AGRO-VEST RETAIL” MMC “Keyfiyyətə nəzarət üzrə menecer” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
- Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli;
- Ali təhsil;
- İş təcrübəsi- 5 ildən çox;
- Yaş-25-45;
Vəzifə öhdəlikləri:
- Şirkətdə yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üzrə Şirkətin prossedurlarlarının, qüvvədə olan Standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini təmin etmək;
- Şirkətin normativ sənədlərinin hazırlanmasını təmin etmək;
- Şirkətdə görülən işlərin keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
- Keyfiyyət menencment sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya (daxili audit) üzrə prosedurlarının hazırlanması;
- Standartın tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqlar aşkarlandıqda təhlil etmək və uyğunsuzluğun aradan qaldırılması üçün təkliflər vermək;
- Şirkətin anbar təsərrüfatında dezinseksiya, deratizasiya və dezinfeksiya planlarına və vaxtında aparılmasına nəzarətin təmin edilməsi;
- Abliqat qrupunun İnsan Resurslarının əməkdaşı ilə birlikdə mütəmadi olaraq tibbi müayinədən keçməsinin təşkili və nəzarəti;
- Üzərinə düşən sənədlərin hazırlanması, izlənməsi və müvafiq qaydada saxlanılmasını təmin etmək;
- Dövlət orqanları tərəfindən keçirilən illik və növbədən kənar yoxlamalar keçirilməsi zamanı rəhbərlik tərəfindən verilən göstərişə əsasən yoxlama komissiyalarının qarşılanması;
- Şirkətdə və anbar təsərrüfatında tələb olunan optimizasiya layihələrinin hazırlanması;
- Şirkətə daxil olan şikayətlərin araşdırılması.
İş şərtləri:
- Stabil iş
- Icbari sığorta
- Əmək haqqı: 1000-1500 azn
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə menecer” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...