Qısa məzmun
Xalq Bank Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst) vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Ali təhsil;
- İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;
- Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;
- Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;
- Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
- Doğru və aydın hesabat hazırlama bacarığı;
- Analitik düşünmə bacarığı;
- Kiber hücum növləri haqqında məlumatlılıq.
İşin təsviri:
- Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
- Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;
- Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;
- Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;
- Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;
- Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
- Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;
- Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Mühafizəçi
Facility Management Group Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. ...