Qısa məzmun
Xalq Bank Kiber təhlükəsizlik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Ali təhsil;
- İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
- Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
- Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
- Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
- Şəbəkə və verilənlər bazası sahəsində bilik;
- Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
- Kiber hücum növləri haqqında məlumatlılıq.
İşin təsviri:
- Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
- Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
- Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
- Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
- Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
- Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
- Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Mühafizəçi
Facility Management Group Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. ...