Qısa məzmun
PASHA Bank Kibertəhlükələrin Analizi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrini müəyyənləşdirmək
- “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək üçün etibarlı hesabat vermək; məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək
- Analiz üçün məlumatların alınması və işlənməsi üçün informasiya emal texnologiyasından istifadə etmək
- Təhdidlərin landşaftı haqqında proqnozlaşdırılmış təsəvvür yaratmaq üçün daxil olan Threat Intelligence məlumatlarının bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlil aparmaq
- Yeni komprometasiya göstəricilərini (IOCs) müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək
- Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat təqdim etmək
- Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək
- Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
- Zəifliklərin idarə olunması platformalarına dəstək göstərmək
- Bütün kritik texnoloji platformaların zəiflik skanın səmərəli işini (tam əhatə dairəsini) təmin etmək
- Təşkilatın sistemlərindəki bütün potensial zəiflikləri müəyyənləşdirmək üçün şəbəkədəki bütün sistemləri avtomatik olaraq taramaq üçün ən son Security Content Automation Protocol-a (SCAP) uyğun zəiflik tarama vasitəsindən istifadə etmək
Tələblər
- Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Kiber təhlükəsizlik üzrə 1-3 il iş təcrübəsi
- Lisenziya / Sertifikat: CompTIA Security+, CompTIA CySA+ və digər kibertəhlükəsizlik üzrə əlaqəli sertifikatlar
- Xarici dillər: İngilis(orta),
- Kompüter bilikləri:
- Bir və ya daha çox Threat Intelligence platformaları ilə təcrübə
- Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə
- Müvafiq məlumat formatları üzrə biliklər (JSON, STIX və s.)
- Jurnal formatları üzrə biliklər
- Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış
- Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması
- OWASP top 10 və WASC Threat Classification bilikləri
- Müxtəlif zəifliklərin skanerləri ilə təcrübə
- Məhsul üzrə biliklər: N/A
- Bazar üzrə biliklər: N/A
Başqa tələblər:
- Proses və prosedurlara uyğunluq
- Güclü analitik və kök səbəbli analiz bacarıqları
- Təzyiq altında işləmək
- Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu
- Multi-tasking environment
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
- Problemlərin həllində bacarıqlar
- Zəka təhlili modelləri üzrə sənaye standartları və analitik bacarıqları ilə texnikanı başa düşmək
Link: https://qlor.me/les36fod
Oxşar vakansiya siyahısı:
Video Müşahidə Üzrə Mühəndis
GPS Solutions LLC Video Müşahidə Üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...