Qısa məzmun
PASHA Technology Kibertəhlükəsizlik üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.
“PAŞA Technology”-nin məqsədi “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” Kibertəhlükəsizlik üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
- PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi;
- Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması;
- Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
- Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
- Göstəriş əsasında digər yumşaltma və islahedici tədbirlərin əlaqələndirilməsi və/və ya bu tədbirlərin icrasına yardımın göstərilməsi;
- Bədbəxt hadisələrlə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal məhkəmə araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıq;
- Yanlış reaksiya verən və ya düzgün çalışmayan hesab olunan həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq;
- Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
- Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili;
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, roblemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək;
- Vaxtında kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Texniki sahə üzrə Ali təhsil;
- Mühəndislik və ya texniki sahələr üzrə dərəcəyə üstünlük verilir;
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür.
Təcrübə:
- İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur;
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
- Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya
- hlükəsizliyi platformaları üzrə təcrübə;
- ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik;
- Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks;
- SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə;
- Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
- “Python” proqramlaşdırma dili ilə bağlı praktik bilik ;
- Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları;
- İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək;
Kompütür Bilikləri
- Microsoft Office” proqramlarından istifadə bacarıqları ;
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik;
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
Son müraciət tarixi: 30 oktyabr 2021-ci il.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...