Qısa məzmun
PASHA Bank Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Sxem və proseslərə əsasən istifadəçi, şəbəkə, proqram, sistem və fiziki aktivlərə giriş monitorinqinin aparılması;
- Məlumat sistemlərinin daxili və xarici təhdidlərdən qorunması;
- İnsidentin prioritetliyinin müəyyən edilməsi;
- Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə;
- İnsidentlərin mövcudluğunun yoxlanılması;
- Son istifadəçilər tərəfindən imeyl vasitəsilə daxil olan həyacanların nəzərdən keçirilməsi və sorğu açılması;
- Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsinin aparılması;
- Hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi, təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin aşkarlanması;
- İlkin tədqiqatın aparılması, həyəcanların və onlara asılı olan sistemlərin monitorinqi;
- Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərin məlumatlandırılması və insidentlərin L2 analitiklərinə eskalasiya edilməsi;
- İnsidentlərin həllində və onların eskalasiya olunduğu təqdirdə aktiv iştirak;
- İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx əməkdaşlıq;
- Təyin olunmuş sorğuların növbəliliyi əsasında işlənilməsi;
- Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab verilməsi;
- Yanlış həyəcanlarla bağlı mühəndislik komandasına məlumat verilməsi;
- Cari zəifliklər və təhdidlər haqqında daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahədə Bakalavr təhsili
- İş təcrübəsi: tələb olunmur
- Dil bilikləri: İngilis
- Kompüter bilikləri:
- Ümumi kibertəhlükəsizlik anlayışı
- Ümumi desktop OS və server OS biliyi
- Şəbəkə protokolları (i.e. TCP/IP)
- Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
- Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
- Firewall, Anti-Malware haqqında bilik
Digər:
- Analitik və problem həll etmə bacarıqları
- Komandada iş
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 20.09.2022-ci il tarixinədək başlıqda “Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...