Qısa məzmun
Ə/h 500-600 AZN. Resant Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
– Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
– Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
– Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
– Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
Tələblər:
- Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və inglis dilləri arzu olunandır;
- Microsoft Office proqramlarını yaxşı bilmək;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Təminatlar:
- İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 500-600 AZN;
- Ünvan: Nərimanov rayonu, Albert Aqarunov heykəlinin yanı.
Maraqlanan namizədlər mövzu yerində “ Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.