Qısa məzmun
Jurisaz Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
- Bütün növ əqdlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
- Əmtəə nişanlarının qeydiyyata alınması
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
Kiçik hüquqşünas aşağıdakıları bilməlidir:
- Mülki, cinayət, əmək, maliyyə, miqrasiya, vergi, hüquqları;
- Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
- Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
- İşgüzar ünsiyyət etikasını;
- Kargüzarlığın təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
- Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər:
- Hüquq elmləri üzrə ali təhsil;
- Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Hüquq konsultasiya şirkətlərində ən az 1 il təcrübə;
- Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
- Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
- Yaş məhdudiyyəti: 25 yaş – 45 yaş.
Şərtlər:
- Tam iş günü (09:00-18:00), iş qrafiki I-V günlər,
- Əmək haqqı: 800 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.