Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Kiçik Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Analitik və yaradıcı düşüncə tələb olunur.
Vəzifə öhdəlikləri:
- Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi;
- Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
- Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması;
- Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması;
- Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi;
- İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
- Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali Hüquq təhsili;
- Müvafiq sahədə ən azı 6 aylıq iş təcrubəsi;
- Mülki, bank və əmək qanunvericiliyini bilmək;
- Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini orta səviyyədə bilmək;
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Komandada işləmək bacarığı və istəyi.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.