Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Kiçik inşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Mükəmməl ünsiyyət və analitik bacarıq olmalıdır.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinə nəzarət etmək;
- Podratçı tərəfindən tikintinin/istehsalının, istismar öncəsi və layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğu təmin etmək qurğuların istismara verilməsi ilə bağlı işin həyata keçirilməsini təmin etməyə cavabdeh olmaq;
- Yeni binalar/qurğular üçün lisenziya qrafiki hazırlamaq və təşkil etməyə kömək etmək;
- Tikinti qrafikləri və ya digər çatdırılmaların ardıcıllıq və düzgünlüyünü nəzərdən keçirmək;
- İşin təkminləşdirilməsinə nəzarət etmək və inkişaf, risklər və imkanlar da daxil olmaqla, layihə ilə bağlı məlumatları vaxtında rəhbərliyə hesabat vermək;
- Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gözləniləndən daha az olan işlərlə bağlı səbəbləri araşdırmaq;
- Əməliyyat prosedurlarına/iş təlimatlarına dəyişiklik edərək tövsiyələr vermək və müəssisə ilə bağlı tədbirləri yerinə yetirmək;
- Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla qurğuların təslim edilmə proseslərində Tikinti mühəndislərinə və çatdırılma ilə bağlı proseslərə kömək etmək;
- Avadanlıqlara nəzarətə cavabdeh olan heyətin işinə nəzarət etmək, nəzərdən keçirmək və iştirak etmək;
- Bütün qurğular və avadanlıqlar üçün profilaktik nəzarət və təhlükəsizliyin yoxlanılması proqramlarını hazırlamaq və təşkil etmək;
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək üçün işlək vəziyyətdə olan bina və qurğuları mühafizə etməyə cavabdeh olmaq;
Vəzifənin tələbləri:
- Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək təcrübə;
- Bakalavr dərəcəsi;
- Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
- Mükəmməl ünsiyyət və analitik bacarıq;
- Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
- Mükəmməl təqdimat bacarığı;
- Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
- Vaxtını düzgün idarə edilməsi;
- E-mail, internet, və Microsoft Office (məs; Word, Excel, Office, Outlook, PowerPoint) həmçinin CAD software (məs; AutoCAD) kimi şəxsi kompüter (PC) və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək bacarığı.
- Yaxşı komanda iştirakçısı;
- Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı;
- Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.
Necə müraciət etmək olar
1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON izo Layihələrin izlənilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...