Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

  • Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
  • Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
  • “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət;
  • Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
  • ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
  • POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
  • Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair “Etiraz əməliyyatları” və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
  • Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər May ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

20.06.2024 - Bakı

Əməliyyat meneceri

Barkod Electronics  əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...

Baku Digital

10.06.2024 - Bakı, Zaqatala